Yuxarı
    Bağlamaq

    Azərbaycanın kimya sənayesi məhsullarının ixracından gəliri 7% artıb

    Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 10 568 ton həcmində kimya sənayesi məhsulları ixrac edilib.

    “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6,623 mln. ABŞ dolları təşkil edib.

    Hesabat dövründə kimya sənayesi məhsullarının payı Azərbaycanın ümumi ixracında 0,30% olub.

    Bu ilin iki ayı ərzində ixrac olunan kimya sənayesi məhsullarının həcmi illik müqayisədə 39% azalıb, dəyəri isə 7% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi