Yuxarı

Azərbaycanın Etilen-Polietilen Zavodu gələn həftə yenidən istehsala başlayır

Müəssisənin anbarlarında olan məhsulların 90%-i artıq satılıb

Bakı. 31 avqust. REPORT.AZ/ Təmirə dayanan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda sentyabrın 5-dən məhsul istehsalı prosesi bərpa olunacaq.

Bu barədə "Report"a zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.

O.Niftəliyev xatırladıb ki, zavod avqustun 1-dən əsaslı təmirə dayandırılıb: "Artıq təmirin son günləridir. Təmir prosesində bizim işçilərlə birgə 10-dan çox xarici şirkətin mütəxəssisləri də çalışırlar". 

"Bu müddətdə məhsul istehsal olunmayıb. Anbarlarda olan məhsulların 90%-i artıq satılıb. Sentyabrın 5-dən yenidən məhsul istehsalına başlanacaq", - deyə zavodun direktoru qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi