Azərbaycanın aparıcı sement istehsalçısının xalis mənfəəti 14% azalıb

Azərbaycanın aparıcı sement istehsalçısının xalis mənfəəti 14% azalıb Azərbaycanda sement istehsalı ilə məşğul olan “Norm” ASC 2019-cu ili 30,1 milyon manat xalis mənfəətlə başa vurub.
Sənaye
5 İyun , 2020 11:03
Azərbaycanın aparıcı sement istehsalçısının xalis mənfəəti 14% azalıb

Azərbaycanda sement istehsalı ilə məşğul olan “Norm” ASC 2019-cu ili 30,1 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 13,6% azdır.

Ötən il sement istehsalçısının məhsul satışından gəlirləri 149,2 milyon manat (əvvəlki ilə nisbətən 0,2% az), satışının maya dəyəri 89,9 milyon manat (3,4% çox), ümumi və inzibati xərcləri 9,3 milyon manat (2 dəfə çox), satış və marketinq xərcləri 4,8 milyon manat (20,7% çox), paylama xərcləri 8,7 milyon manat (21% çox), debitor borclarının dəyərsizləşməsi üzrə gəlirləri 188 min manat (34,3% az), maliyyə xərcləri 583 min manat (84,1% az), uzunmüddətli kreditor borclarının açılışı üzrə xərcləri 1,3 milyon manat (2,3% az), valyuta mübadiləsindən xalis zərəri 75 min manat (əvvəlki il gəlir olub), sair gəlirləri 4,4 milyon manat (3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 8,9 milyon manat (4,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Norm”un aktivləri 288,7 milyon manat olub ki, bu da illik müqayisədə 26,4% çoxdur. Hesabat dövründə “Norm”un öhdəlikləri 56,4% artaraq 75,6 milyon manata, balans kapitalı isə 16,7% artaraq 210,1 milyon manata çatıb.

Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 162 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi