Azərbaycanın 2 sənaye parkında ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyəti qiymətləndiriləcək

Azərbaycanın 2 sənaye parkında ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyəti qiymətləndiriləcək Sumqayıt Kimya Sənaye Parkı bu məqsədlə açıq tender elan edib
Sənaye
9 Avqust , 2017 14:39
Azərbaycanın 2 sənaye parkında ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyəti qiymətləndiriləcək

Bakı. 9 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC Mingəçevir Sənaye Parkının 14.8 hektar ərazisində (lot-1) və Pirallahı Sənaye Parkının 30 hektar ərazisində (lot-2) ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 300 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 17-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 22-nə qədər “Sumqayıt Kimya Sənaye Parkı”nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” iş mərkəzində yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.

Təkliflərə sentyabrın 25-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi