Yuxarı

​Azərbaycandan Rusiyaya məhsul daşınması proseduru asanlaşdırılacaq

Bununla bağlı sənəd yaxın günlərdə imzalanacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycandan Rusiyaya kənd təsərrufatı məhsullarının daşınması asanlaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasına bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükü proseduru sadələşdiriləcək.

"Bununla bağlı nəzərdə tutulan sənədin yaxın günlərdə imzalanması gözlənilir. Hər iki dövlət arasında sənədlər tam hazırdır. Məsələ Rusiya tərəfi ilə razılaşdırılıb. Sadəcə olaraq, imzalanma ilə bağlı məsələ qalıb. Yaxın günlərdə buna dair qərar veriləcək və sənəd imzalanacaq", - deyə nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi