Azərbaycanda tullantıların utilizasiyası ilə bağlı xüsusi qaydalar olacaq - EKSKLÜZİV

Azərbaycanda tullantıların utilizasiyası ilə bağlı xüsusi qaydalar olacaq - EKSKLÜZİV Bunun üçün müəssisə və təşkilatların ödəniş etməsi təklif olunur
Sənaye
12 Dekabr , 2016 17:49
Azərbaycanda tullantıların utilizasiyası ilə bağlı xüsusi qaydalar olacaq - EKSKLÜZİV

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda sənaye tullantılarının (tara və digər qablaşdırma növləri) məhv edilməsini (utilizasiya) təşkil etmək üçün Azərbaycan hökumətinə yeni qanunvericilik aktının layihəsi təqdim edilib. 

Bu barədə “Report”a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin tullantılarının məhv edilməsi üçün yeni qurum yaradılacaq.

Təklifdə göstərilir ki, sahibkarlara tullantıların məhv edilməsi üçün iki yoldan birini seçməyə imkan yaradılacaq. Birinci şərt - onların özlərinin həmin tullantıları məhv etməsidir. Digər yol isə xüsusi yaradılacaq qurumun həmin tara və digər tullantıların utilizasiyasını nəzərdə tutur ki, buna görə sahibkarlar müvafiq ödəniş edəcəklər.

Qeyd edək ki, bir çox qurumlar artıq dekabrın əvvəlində həmin təklifləri bəzi əlavə və dəyişikliklərlə yenidən hökumətə göndərib.

Son xəbərlər

Orphus sistemi