Azərbaycanda traktor istehsalı 2,8 dəfə artıb

Azərbaycanda traktor istehsalı 2,8 dəfə artıb Bu il iyulun 1-nə ölkədə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb
Sənaye
15 İyul , 2021 12:51
Azərbaycanda traktor istehsalı 2,8 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 134,2 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,3 % artıb.

Yanvar-iyun aylarında 795 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 78 ədəd və ya 8,9 % az minik avtomobili istehsal olunub. Bu il iyulun 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 6 ayı ərzində Azərbaycanda 296 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 dəfə çoxdur. Nəticədə, bu il iyulun 1-nə ölkədə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi