Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarıistehsalınınümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azalaraq 426,7 milyon manata enib.
Sənaye
249
22 Avqust , 2020 17:50
Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azalaraq 426,7 milyon manata enib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5% artıb, sementin istehsalı 2,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6%, tikinti əhənginin istehsalı 37,6%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 38,6%, asfaltın istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7% azalıb.

Son xəbərlər

Orphus sistemi