Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 203,9 milyon manat dəyərində tikinti materialları istehsal edilib.
Sənaye
22 May , 2020 10:55
Azərbaycanda tikinti materiallarının istehsalı 5% azalıb
Report

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 203,9 milyon manat dəyərində tikinti materialları istehsal edilib. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır. 

O cümlədən son1 ildə ölkədə sement istehsalı 8,7% azalaraq 911,4 min ton sement, asfalt istehsalı 41,3% azalaraq 46,8 min ton, tikinti kərpicinin istehsalı 6,8% artaraq 141,2 min kubmetr, tikinti gipsinin istehsalı 2,9 dəfə artaraq 4,7 min ton olub, tikinti əhənginin istehsalı 24,6% azalaraq 10,4 min ton, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 69,3% azalaraq 13,5 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 4,3% azalaraq 13,5 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8% azalaraq 5 094,8 ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 9,9% artaraq 461,4 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi