​Azərbaycanda təmiz texnologiyalar mərkəzi yaradılacaq - FOTO

​Azərbaycanda təmiz texnologiyalar mərkəzi yaradılacaq - FOTO Yaşıl İqtisadiyyat Proqramının ikinci mərhələsi resurs effektivliyi və təmiz istehsalata həsr olunacaq
Sənaye
21 Aprel , 2015 11:22
​Azərbaycanda təmiz texnologiyalar mərkəzi yaradılacaq - FOTO

Bakı. 21 aprel. REPORT.AZ/ Yaşıl İqtisadiyyat Proqramı (EaP Green) çərçivəsində həyata keçirilən “Resurs effektivliyi və təmiz istehsalat" (RETİ) Nümayiş Layihələrinin ikinci mərhələsi də olacaq. Yeni mərhələdə təmiz texnologiyalar mərkəzi yaradılacaq. "Report "xəbər verir ki, bunu Azərbaycanda Resurs Effektivliyi və Təmiz İstehsalat (RETİ) Nümayiş Komponenti çərçivəsində Milli Konfrans və Məşvərət Dialoqunda çıxışında İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi, layihə üzrə Nazirliyin əlaqələndiricisi Ayaz Qədirov deyib. 

A.Qədirovun sözlərinə görə, növbəti mərhələdə kiçik və orta sahibkarlıq subyektlərinin ətraf mühitə təsiri ölçüləcək və bunun minimuma endirilməsinə çalışılacaq.

Avropa Komissiyasının maliyyə dəstəyilə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və BMT-nin bir sıra ixtisaslaşdırılmış qurumları tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda birgə həyata keçirilən Yaşıl İqtisadiyyat Proqramı (EaP Green) çərçivəsində UNIDO RETİ Nümayiş Layihələri Komponentini icra edir.

"EaP Green" Proqramının əsas məqsədi Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrində yaşıl iqtisadiyyata keçidin başlanılması üçün dəstəyin göstərilməsindən ibarətdir. Proqram üzrə Azərbaycan hökuməti tərəfindən İqtisadiyyat və Sənaye və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfdaş qurum kimi müəyyən olunub.

RETİ qlobal miqyasda təsdiqini tapmış yanaşma olmaqla emal sənayesi və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin məhsuldarlığının artırılmasına və ətraf mühitə olan zərərli təsirlərin azaldılmasına xidmət edir. RETİ Nümayiş Layihələri Komponenti çərçivəsində 2014-cü ilin ortalarından başlayaraq Azərbaycanda qida, kimya məhsulları və tikinti materiallarının istehsalı üzrə emal sənayesini təmsil edən səkkiz kiçik və orta müəssisədə RETİ metodologiyası üzrə qiymətləndirmə aparılıb və konfransda əldə edilmiş təcrübə və nəticələr barədə məlumat veriləcək.

Məşvərət dialoqunda ölkədə əlverişli inklüziv və dayanıqlı milli inkişafın məqsədləri və özəl sektorun maraqları kontekstində Azərbaycanda RETİ yanaşmasının müvafiqliyi və faydaları müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi