Yuxarı

​Azərbaycanda sənaye məhsullarının istehsalı 5,4% bahalaşıb

Maşın istehsalı ucuzlaşıb, metal məmulatlar və mebel istehsalı isə bahalaşıb

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,4% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, apreldə mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində metal filizlərinin hasilatı üzrə 4,0% ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 5,4%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 2,7% bahalaşma müşahidə olunub.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,7%, toxuculuq sənayesi, içki istehsalı, elektrik avadanlıqları, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,4%, tikinti məmulatlarının istehsalı üzrə 0,3% enib, kimya sənayesi üzrə 25,7%, tütün məmulatlarının istehsalı üzrə 12,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 12,3%, metallurgiya sənayesi üzrə 6,5%, neft məhsullarının istehsalı üzrə 6,1%, qida məhsullarının istehsalı üzrə 4,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4,1%, mebel istehsalı üzrə 1,8%, geyim istehsalı üzrə 1,4%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8%, avtomobil və qoşquların istehsalı üzrə 0,7%, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6% artıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi