Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% artıb Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4% yüksəlib
Sənaye
10 İyun , 2016 16:27
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% artıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,0% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bahalaşma mədənçıxarma sənayesi üzrə 6,5%, emal sənayesi üzrə 9,2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 1,5% təşkil edib.

May ayında aprelə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 11,3%, emal sənayesi üzrə 4,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə 7,6% bahalaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4% bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,9% ucuzlaşıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 8,6%, neft məhsullarının istehsalı üzrə 7,1%, kimya sənayesi üzrə 6,1%, toxuculuq sənayesi üzrə 3,0%, geyim istehsalı üzrə 2,2%, qida məhsullarının istehsalı üzrə 2,1%, poliqrafiya fəaliyyəti üzrə 0,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2% bahalaşıb, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3,6%, metallurgiya sənayesi üzrə 2,1%, içki istehsalı üzrə 0,7%, tikinti materiallarının istehsalı üzrə 0,1% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi