Yuxarı

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 16% azalıb

Mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 18%, emal sənayesi üzrə 3% enib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 18,4%, emal sənayesi üzrə 2,5% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “Report”a bildirilib ki, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində isə qiymətlərdə dəyişiklik baş verməyib.

Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 15,8% ucuzlaşıb. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 18,5%, metal filizlərinin hasilatı üzrə 4,0% ucuzlaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 4,8%, kimya sənayesi üzrə 1,9%, metallurgiya sənayesi üzrə 1,0%, tikinti materiallarının istehsalı üzrə 0,8% ucuzlaşıb, kompyuter və digər elektron avadanlıqlarının istehsalı üzrə 1,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1%, kağız və kartonun istehsalı üzrə 0,3% bahalaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi