Azərbaycanda sənaye istehsalının 68%-i mədənçıxarmada formalaşıb

Azərbaycanda sənaye istehsalının 68%-i mədənçıxarmada formalaşıb Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edib.
Sənaye
16 Mart , 2020 13:58
Azərbaycanda sənaye istehsalının 68%-i mədənçıxarmada formalaşıb

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çox sənaye məhsulu istehsal edib.

“Report” Dövlət statistika Komitəsinə isitinadən xəbər verir ki, eyni dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7% artıb.

Məlumata görə, sənaye məhsulunun 68,4%-i mədənçıxarma sektorunda, 26%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd edək ki, mədənçıxarma sektorunda neft hasilatı 3,7% azalıb, əmtəəlik qaz hasilatı isə 19,1% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8%, geyim istehsalı 79,6%, hazır metal məmulatlarının istehsalı 56,5%, mebel istehsalı 47,3%, poliqrafiya məhsullarının istehsalı 40,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6%, kağız və karton istehsalı 27,5%, elektrik avadanlıqlarının istehsalı 27,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 25%, kimya sənayesi məhsullarının istehsalı 19,5%, tütün məmulatlarının istehsalı 16,3%, neft məhsullarının istehsalı 11,3%, əczaçılıq məhsullarının istehsalı 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6%, qida məhsullarının istehsalı 1,2% artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7%, maşın və avadanlıqların istehsalı 19,1%, tikinti materiallarının istehsalı 21,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% artıb.

Son xəbərlər

Orphus sistemi