Yuxarı

Azərbaycanda sənaye istehsalı yanvar-fevral aylarında 2,3% artıb

Neft hasilatı 1,6%, əmtəəlik qaz hasilatı isə 10,5% artıb

Bakı. 13 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki səxslər tərəfindən 3,7 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% çox sənaye məhsulu istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, mədənçıxarma bölməsində məhsul istehsalı 5,4%, o cümlədən neft hasilatı 1,6%, əmtəəlik qaz hasilatı isə 10,5% artıb. Sənaye məhsulunun 59,9%-i mədənçıxarma bölməsində, 29,2%-i emal bölməsində, 9,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,0%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. İki ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 1,5%, kimya sənayesi məhsulları istehsalı 20,6%, rezin və plastmas məmulatların istehsalı 29,3%, hazır metal məmulatların istehsalı 7,6%, tikinti materialları istehsalı 24,0%, elektrik avadanlıqlarının istehsalı 73,6% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 2,3%, elektrik enerjisi istehsalı isə 1,2% artaraq 4,1 mlrd. kVt saat olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,0% artıb. İki ay ərzində istehsal olunmus məhsulun 99,7%-i istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 312,8 mln. manatlıq hazır məhsul olub və əvvəlki ayla müqayisədə 21,1 milyon manat artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi