Azərbaycanda sənaye istehsalı martda 15% bahalaşıb

Azərbaycanda sənaye istehsalı martda 15% bahalaşıb Metal və tikinti məmulatlarının istehsalı isə hesabat ayında ucuzlaşıb
Sənaye
106
14 Aprel , 2015 13:12
Azərbaycanda sənaye istehsalı martda 15% bahalaşıb

Bakı. 14 aprel. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 15,2%, o cümlədən mədənçıxarma sənayesi üzrə 17,3%, emal sənayesi üzrə isə 4,8% artıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, mart ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 17,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 0,5% bahalaşma müşahidə olunub.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,9%, tikinti məmulatlarının istehsalı üzrə 0,8%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3% ucuzlaşıb, kimya sənayesi üzrə 9,8%, neft məhsullarının istehsalı üzrə 8,7%, elektrik avadanlıqlarının istehsalı üzrə 6,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 6,6%, tütün məmulatlarının istehsalı üzrə 2,0%, qida məhsullarının və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5%, içki istehsalı üzrə 0,4%, metallurgiya sənayesi üzrə 0,3%, toxuculuq sənayesi və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,2%, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi