Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb Sənayenin neft sektorunda məhsul istehsalı 2,4% azalıb, qeyri-neft sektorunda isə 6,9% artıb
Sənaye
21 Yanvar , 2015 15:53
Azərbaycanda sənaye istehsalı azalıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda sənaye məhsulu istehsalı illik müqayisədə 0,7% azalaraq 2014-cü ildə 31,9 mlrd. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 69,6%-i və ya 22,2 mlrd. manatı mədənçıxarma bölməsində, 24,0%-i, yaxud 7,6 mlrd. manatı emal bölməsində, 5,7%-i və ya 1,8 mlrd. manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7%-i və ya 231,8 mln. manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,4% azalıb, qeyri-neft sektorunda isə 6,9% artıb. Mədənçıxarma bölməsinin məhsullarından 41,9 mln. ton və ya 2,8% az xam neft, 18,7 mlrd. kubmetr, yaxud 4,9% çox əmtəəlik qaz hasil olunub. Hesabat ilində ölkədə fəaliyyət göstərən elektrik stansiyalarında 2014-cü ildə 21,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

Emal bölməsində qida məhsulları istehsalı 1,4%, içki istehsalı 8,1%, geyim istehsalı 59,9%, toxuculuq sənayesi məhsulları istehsalı 1,9%, kimya sənayesi məhsulları istehsalı 32,0%, tikinti materialları istehsalı 22,2%, hazır metal məmulatlarının istehsalı 6,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,0%, elektrik avadanlıqları istehsalı 12,1%, avtomobil və qoşquların istehsalı 58,2%, sair nəqliyyat vasitələri istehsalı 3,4 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 80,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri 41,0% artıb.

Son xəbərlər

Orphus sistemi