Yuxarı
    Bağlamaq

    Azərbaycanda sənaye istehsalı 6% azalıb

    Dövlət Statistika Komitəsi 4 aylıq nəticələri açıqlayıb

    Bakı. 15 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sektorunda 12,6 mlrd. manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.

    Sənaye məhsulunun 70,5%-i mədənçıxarma sektorunda, 23,8%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

    Emal sektorunda qida məhsullarının istehsalı 3,7%, içkilərin istehsalı 39,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6%, tikinti materiallarının istehsalı 44,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4%, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5%, mebel istehsalı 47,9% artmış, tütün məmulatlarının istehsalı 49%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4%, kağız və karton istehsalı 2,8%, poliqrafiya məhsullarının istehsalı 60,7%, hazır metal məmulatlarının istehsalı 29,5%, maşın və avadanlıqların istehsalı 1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.

    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi