Azərbaycanda sənayə istehsalı 5 % azalıb

Azərbaycanda sənayə istehsalı 5 % azalıb 2020-ci ildə Azərbaycanda sənayə məhsulu istehsalının dəyəri 37 058,9 mlilyon manat təşkil edib.
Sənaye
13 Yanvar , 2021 10:26
Azərbaycanda sənayə istehsalı 5 % azalıb

2020-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 37,1 milyard manatlıq və yaxud 2019-cu illə müqayisədə 5 % az sənaye məhsulu istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 % azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 % artıb.

Sənaye məhsulunun 61,3 %-i mədənçıxarma sektorunda, 32,5 %-i emal sektorunda, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 % azalıb, əmtəəlik qaz hasilatı isə 6,3 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 47 %, kağız və karton istehsalı 36,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 %, geyim istehsalı 32,7 %, kimya sənayesi məhsullarının istehsalı 20,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4 %, hazır metal məmulatlarının istehsalı 7,3 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 % artıb, tikinti materiallarının istehsalı 0,1 %, qida məhsullarının istehsalı 2,1 %, poliqrafiya məhsullarının istehsalı 2,3 %, neft məhsullarının istehsalı 3,6 %, maşın və avadanlıqların istehsalı 5,1 %, tütün məmulatlarının istehsalı 7,9 %, içkilərin istehsalı 13,7 %, mebel istehsalı 26,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 % artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4 % azalıb.

Son xəbərlər

Orphus sistemi