Yuxarı
    Bağlamaq

    Azərbaycanda qızıl və gümüş hasilatı artıb

    Qızıl hasilatı 3,2 dəfə, gümüş hasilatı isə 68% artıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 5 669,0 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 67,9% artaraq 566,8 kq təşkil edib.

    “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    2017-ci il 1 dekabr tarixinə hazır qızıl ehtiyatı 63,5 kq, gümüş ehtiyatı 73,5 kq olub.

    Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

    “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniya şirkətinin payı 49% təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi