Yuxarı

Azərbaycanda qızıl istehsalı azalıb, gümüş istehsalı artıb

Azərbaycanda qızıl istehsalı azalıb, gümüş istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 626,9 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% azdır. 

Bu il martın 1-nə 109,8 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, iki ay ərzində ölkədə 843,7 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. 

Bu il martın 1-nə 213,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi