Yuxarı

Azərbaycanda qızıl istehsalı 7%, gümüş istehsalı isə 19% artıb

Azərbaycanda qızıl istehsalı 7%, gümüş istehsalı isə 19% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 405,5 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. 

Bu il sentyabrın 1-nə ölkədə 154,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 8 ayı ərzində Azərbaycanda 2 460,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 19,3% çoxdur. Bu il sentyabrın 1-nə ölkədə 127,4 kq hazır məhsul ehtiyatı yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi