Yuxarı

Azərbaycan qızıl hasilatını azaldıb

Son bir ayda ölkənin hazır məhsul ehtiyatı 21,4 kq artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust ayları ərzində 1 293,4 kq qızıl hasil olunub. 

"Report"un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% azalma deməkdir. Bu il sentyabrın 1-nə 39,2 kq hazır məhsul ehtiyatı yaranıb. Bu il avqustun 1-nə hazır məhsul ehtiyatı isə 17,8 kq  olub.

DSK-nın məlumatına əsasən, bu müddətdə gümüş hasilatı 4,0 dəfə artaraq 252,9 kq təşkil edib. Bu il sentyabrın 1-nə hazır məhsul ehtiyatı 16,9 kq, avqustun 1-nə isə 15,0 kq olub.

Ümumiyyətlə, 2015-ci il sentyabrın 1-nə qızıl üzrə hazır məhsul ehtiyatı 73,1 kq, gümüş üzrə isə 5,2 kq təşkil edib. 

Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi