Yuxarı

Azərbaycanda qızıl hasilatı 25% artıb

Hazır məhsul ehtiyatı 60,6 kq təşkil edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1 682,2 kq qızıl hasil olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% çoxdur. Cari ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 60,6 kq təşkil edib.

Rəsmi statistika ölkədə gümüş hasilatında əksinə, azalma olduğunu göstərir. Belə ki, istehsal 65,6% azalaraq cari ilin ilk doqquz ayı ərzində 74,7 kq olub.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi