Azərbaycanda qiymətli metalların istehsalı azalıb

Azərbaycanda qiymətli metalların istehsalı azalıb Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub.
Sənaye
16 Avqust , 2018 15:08
Azərbaycanda qiymətli metalların istehsalı azalıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 588,7 kq qızıl istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% azdır.

Avqustun 1-nə ölkədə hazır məhsul ehtiyatı 153,5 kq təşkil edib.

Son 1 ildə gümüşün də istehsalı azalıb. Belə ki, 7 ay ərzində ölkədə 1 051,1 kq gümüş istehsal olunub ki, bu da illik müqayisədə 5,3 dəfə azdır.

İyulun sonuna ölkədə hazır məhsul istehsalı 64,2 kq təşkil edib. 

Son xəbərlər

Orphus sistemi