Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 4% artıb

Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 4% artıb Azərbaycan sənayesində 18,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
Sənaye
13 İyul , 2017 12:47
Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 4% artıb
Report.az

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan sənayesində 18,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az sənaye məhsulu istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4% artıb, neft sektorunda isə 7,2% azalıb.

Sənaye məhsulunun 70,1%-i mədənçıxarma sektorunda, 24,6%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,7%, içkilərin istehsalı 30,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8%, kağız və karton istehsalı 0,1%, kimya sənayesi məhsullarının istehsalı 22,4%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5%, tikinti materiallarının istehsalı 38,5%, kompüter və elektron məhsulların istehsalı 75,7 %, elektrik avadanlıqlarının istehsalı 84,2%, maşın və avadanlıqların istehsalı 25,1%, sair nəqliyyat vasitələrinin istehsalı 18,8%, mebel istehsalı 28,7% artıb, tütün məmulatlarının istehsalı 31,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8%, poliqrafiya məhsullarının istehsalı 36,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5%, hazır metal məmulatlarının istehsalı 30,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5% azalıb.

Son xəbərlər

Orphus sistemi