Yuxarı

Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 15,7% artıb

​Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 15,7% artıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 23,6 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çox sənaye məhsulu istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7% artıb.

Sənaye məhsulunun 69,5%-i mədənçıxarma sektorunda, 25,6%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3% azalıb, əmtəəlik qaz hasilatı isə 35% artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6%, içkilərin istehsalı 65,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2%, hazır metal məmulatlarının istehsalı 47,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8%, kimya sənayesi məhsullarının istehsalı 30,4%, kağız və karton istehsalı 28,6%, mebel istehsalı 27,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6%, qida məhsullarının istehsalı 20%, tütün məmulatlarının istehsalı 14,2%, poliqrafiya məhsullarının istehsalı 10,6%, maşın və avadanlıqların istehsalı 10%, kompüter, elektron və optik məhsulların istehsalı 10%, tikinti materiallarının istehsalı 8,9%, əczaçılıq məhsullarının istehsalı 5,7%, geyim istehsalı 3,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8% artıb, neft məhsullarının istehsalı 1,5%, elektrik avadanlıqlarının istehsalı 8%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi