Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 10% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 10% artıb Elektron ticarət dövriyyəsi isə bu ilin ilk 3 ayında 1,7 dəfə artaraq 2,7 mln. manat olub
Sənaye
16 Aprel , 2015 14:48
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I rübdə 10% artıb

Bakı. 16 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, satılmış istehlak mallarının 50,2%-ni ərzaq məhsulları, içki və tütün məmulatları, 49,8%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz bəndi artıb.

Bu ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2,72 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7%-ni hüquqi şəxslərin, 7,3%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin ilk rübündə ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 219,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi