Azərbaycanda ötən il 23,5 min ədəd ölçmə vasitəsində qüsur aşkarlanıb

Azərbaycanda ötən il 23,5 min ədəd ölçmə vasitəsində qüsur aşkarlanıb Komitə: Keçən il yoxlanılan məhsul nümunələrinin 9%-nin sınaq nəticələri qeyri-qənaətbəxş olub
Sənaye
14 Yanvar , 2015 16:14
Azərbaycanda ötən il 23,5 min ədəd ölçmə vasitəsində qüsur aşkarlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 2 168 qərar verilib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun 1 130-u ərzaq məhsulları, 645-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 393-ü isə dövlət metroloji nəzarəti ilə bağlı olub. Aparılmış yoxlamalar zamanı 1 290 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib.

Müəssisələrə nöqsanların aradan qaldırılması ilə bağlı 1 290 qərar verilib, aşkar olunmuş pozuntularla əlaqədar 652 inzibati xəta haqqında protokol tərtib edilməklə 303,8 min manat cərimə tətbiq edilib və məhsul partiyası satışının qadağan edilməsi barədə 536 məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. Ümumilikdə 189 sahibkarlıq subyektinə məhsulların istehsalı və satışının qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. İstehsalın və satışın qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 12-si unlu-qənnadi məmulatları, 21-i çörək məmulatları, 3-ü boya istehsalı, 9-u süd məhsulları, 5-i alkoqolsuz içkilər, 6-sı kolbasa istehsalı, 1-i polivinilxlorid (PVX) profillər, 132-si isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.

Ötən il ərzində ölkədəki ticarət şəbəkələrindən seçmə üsulu ilə ümumilikdə 399 adda məhsul nümunəsi alınaraq sınaqların aparılması üçün aidiyyəti laboratoriyalara təqdim edilib. Bundan 244 adda idxal edilən, 155 adda ölkədə istehsal olunan məhsul nümunələrinin payına düşür. Bu məhsul nümunələrinin 9%-nin sınaq nəticələri qeyri-qənaətbəxş olub.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23 536 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, 1 043 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

Son xəbərlər

Orphus sistemi