Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft sektoruna sərmayələr 12% artıb

    Qeyri-neft bölməsinə investisiyalar isə son bir ildə 3% azalıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatının neft bölməsinə 1 529,8 mln. manat həcmində vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% çoxdur.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə qeyri-neft sektoruna investisiyalarda isə 3,04% azalma qeydə alınıb.

    Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 1 703,0 mln. manatlıq vəsaitin 154,4 mln. manatı (ümumi sərmayənin 4,8%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin 50,3%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi