Azərbaycanda minik avtomobilinin istehsalı 32 dəfə artıb

Azərbaycanda minik avtomobilinin istehsalı 32 dəfə artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 mln. manatlıq ümumi daxili məhsul formalaşıb.
Sənaye
22 Yanvar , 2019 12:34
Azərbaycanda minik avtomobilinin istehsalı 32 dəfə artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 mln. manatlıq ümumi daxili məhsul formalaşıb. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3% azalıb.

Belə ki, ötən il ölkədə 1 303 ədəd traktor istehsal edilib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 8,3% azdır. Ötən il 969 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 32,4 dəfə çoxdur. İl ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artaraq 398 ədəd, ştanqlı quyu nasoslarının istehsalı isə 1,2% artaraq 4 506 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi