Yuxarı
    Bağlamaq

    Azərbaycanda kimya sənayesi istehsalı 17% artıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə 503,2 mln. manatlıq kimya sənayesi məhsulları istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 16,5% çoxdur.

    Ötən il əsas kimya məhsullarından 48,5 min ton propilen (əmtəəlik 37,6 min ton), 93,2 min ton polietilen, 96,1 min ton etilen istehsal edilib. Propilen və etilen istehsalı 7,2%, polietilen istehsalı 7% azalıb.

    Hesabat dövründə 23 220,7 min kubmetr azot, 198,5 ton yod, 3 527,2 min kubmetr oksigen, 11 885,4 ton izopropil spirti, 265,8 min ton metanol (metil spirti), 9 816,7 ton lak-boya məmulatları, 11 838,5 ton s. üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları istehsal olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi