Yuxarı

Azərbaycanda IPI indeksinin azalması davam edir

Bu, aylıq müqayisədə istehsalatda müşahidə olunan azalmadan xəbər verir

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production İndex – IPI) 2014-cü ilin oktyabr ayında 86,9% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabr ayı ilə müqayisədə 3,7 faiz bəndi azalıb:

Göründüyü kimi, indeks 100%-dən aşağı səviyyədə qalıb ki, bu da aylıq müqayisədə istehsalatda azalmasından xəbər verir. Belə ki, oktyabr ayında istehsal edilmiş məhsulun dəyəri 2,559 mlrd. manat, sentyabrda isə 2,946 mlrd. manat təşkil edib.

İndeksin azalması ardıcıl üçüncü aydır davam edir. Aydındır ki, buna neftin ucuzlaşması da təsir edir. Belə ki, yanvar-oktyabr aylarının statistikasına əsasən, sənaye istehsalının 78,8%-i neft sektorunun payına düşür. Bundan əlavə, qeyri-neft sahəsində artım müşahidə olunursa, neft sektorunda sənaye istehsalında illik müqayisədə 1,7% azalma baş verib. Bu, həm neftin fiziki həcm üzrə hasilatının azalması (1,8%), həm də neftin ucuzlaşması ilə bağlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi