Yuxarı

Azərbaycanda daha bir şirkətin lisenziyası ləğv edilib

Lisenziya əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə bağlı idi

Bakı. 19 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Metalçılar-2" MMC-nin lisenziyası ləğv edilib.

“Report” nazirliyin məlumatına istinadən bildirir ki, MMC-yə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi