Azərbaycanda bu il sənaye məhsullarının istehsalı bahalaşıb

Azərbaycanda bu il sənaye məhsullarının istehsalı bahalaşıb Kağız və karton istehsalı sahəsində isə qiymətlər cüzi azalıb
Sənaye
10 Oktyabr , 2016 18:37
Azərbaycanda bu il sənaye məhsullarının istehsalı bahalaşıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 16,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə 18%, emal sənayesi üzrə 10,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə 4,2% artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabrda avqusta nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4%, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, təchizatı sahələri üzrə 2,5% yüksəlib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,5%, metal filizlərinin hasilatı üzrə 2,4% artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 9,7%, neft məhsullarının istehsalı üzrə 3,3%, tütün məmulatlarının istehsalı üzrə 2,7%, tikinti materiallarının istehsalı üzrə 1,9%, içki istehsalı üzrə 0,8%, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,5%, geyim istehsalı üzrə 0,4%, toxuculuq sənayesi və kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 0,2%, kimya sənayesi üzrə 0,1% yüksəlib. Kağız və karton istehsalı üzrə isə 0,1% azalıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi