Yuxarı

​Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müzakirə edib

Rusiya Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. dollar yatırıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadiy Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Ş.Mustafayev Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalandığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulub.

A.Dvorkoviç əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən hökumət rəsmisi ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini də bölüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi