Yuxarı

Azərbaycan Türkiyəyə əlvan metallar ixrac edəcək

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti ilə Demora şirkəti arasında müqavilə imzalanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Sənayenin İnkişafında dövlət dəstəyi" mövzusunda keçirilən konfrans çərçivəsində  Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti ilə Türkiyənin "Demora" şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan şirkətinin icraçı direktoru Şamil Rzayev və "Demora" şirkətinin rəhbəri Rafət Vergili imzalayıblar.

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinin rəhbəri Ş.Rzayev "Report"a açıqlamasında bildirib ki, inşa ediləcək müəssisənin illik istehsal gücü 35 min ton olacaq.

Onun sözlərinə görə, bu həcmin 12-15 mini tonu "Baku Steel Company" şirkətinə, qalan hissəsi isə "Demora" şirkətinə satılacaq: "24 ay ərzində zavodu tikib təhvil verməyi planlaşdırırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi