Yuxarı
    Bağlamaq

    Azərbaycan sənaye parklarının rezidentləri üçün mal idxalını gömrük rüsumlarından 5 illik azad edir

    Parlament Gömrük tarifi haqqında qanuna dəyişiklikləri təsdiq edib

    Bakı. 6 may. REPORT.AZ/ "Gömrük tarifi haqqında" qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub. "Report"un verdiyi xəbərə görə, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə tərəfindən təqdim edilib.

    Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müəyyən edilmiş fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

    Bildirək ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidentinin Qaradağ Sənaye Parkının yaradılması haqqında 3 iyun 2015-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

    Qeyd edək ki, "Sosial sığorta haqqında" qanunda eyni maddə üzrə dəyişikliklər edilməsi məsələsi də iclasda müzakirə edilərək təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi