“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib

“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin rəhbəri dəyişib.
Sənaye
2 Dekabr , 2019 15:31
“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin rəhbəri dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər müəssisənin direktoru olan Zaur Yaqubov direktor müavini, indiyə qədər müəssisənin direktor müavini olan Fəxrəddin Quliyev isə direktor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, “ASC Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Bir qədər əvvəl müəssisənin nizamnamə kapitalı 957 174 manat və yaxud 3,5% artırılaraq 27 541 311 manatdan 28 498 485 manata çatdırılıb

Son xəbərlər

Orphus sistemi