“Azərbaycan Sənaye Korporasiyası” məsləhətçi seçir

“Azərbaycan Sənaye Korporasiyası” məsləhətçi seçir “Azərbaycan Sənaye Korporasiyası” ASC törəmə müəsissəsi olan “Azəripək” MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması üçün açıq tender elan edib.
Sənaye
3 Dekabr , 2020 11:52
“Azərbaycan Sənaye Korporasiyası” məsləhətçi seçir

“Azərbaycan Sənaye Korporasiyası” ASC törəmə müəsissəsi olan “Azəripək” MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 7-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 14-ü, saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Sadiq Şahkərəmovdur. Telefon: (012) 505-95-11 (daxili 422); (077) 277-11-06.

Təkliflərə yanvarın 15-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi