“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinatlar olub

“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinatlar olub “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.
Sənaye
161
11 Fevral , 2020 17:16
“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinatlar olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.

“Report” Korporasiyaya istinadən xəbər verir ki, bu vəzifə Fəxri Mehdiyevə həvalə edilib.

O bundan əvvəl səhmdar cəmiyyətinin Maliyyə departamentinin direktoru olub.

Bundan başqa, Strateji inkişaf və kommersiya departamentinə yeni direktor müavini təyin edilib. Bu vəzifəyə isə Rüstəm Əkbər gətirilib. O, indiyə qədər Maliyyə departamentinin İnvestisiya şöbəsinin müdiri olub. 

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi