Azərbaycan sənaye istehsalını 2,3% artırıb

Azərbaycan sənaye istehsalını 2,3% artırıb Sənaye istehsalının 77%-i özəl sektorun payına düşür
Sənaye
15 Sentyabr , 2015 17:50
Azərbaycan sənaye istehsalını 2,3% artırıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sənaye sektorunda istehsal olunan məhsulların ümumi həcmi 2,3% artaraq 17,6 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3%-lik artım, neft sektorunda isə 0,9%-lik azalma müşahidə olunub.

Sənaye məhsulunun 63,1%-i mədənçıxarma, 29,1%-i emal, 6,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə özəl sektorun payı 76,8% olub.

Ümumi istehsalın 87,95%-i sənaye məhsulunun istehsalı, 12,05%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Son xəbərlər

Orphus sistemi