Yuxarı

​Azərbaycan Rusiyadan 4 min avtomobil idxal edəcək

Bu barədə AvtoVAZ konserni ilə müqavilə imzalanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan 2015-ci ildə Rusiyadan 4 min ədəd avtomobil idxal edəcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "AvtoVAZ" avtomobil konserninin prezidenti Bu Anderson məlumat verib.

Onun sözlərinə görə, artıq bu barədə Azərbaycan hökuməti ilə müqavilə imzalanıb.

Bu Anderssonun bildirdiyinə görə, bu gün artıq 70 min avtomobilin ixracına dair müqaviləyə imza atılıb.

Tolyatti avtomobil konserninin avtomobil ixrac edəcəyi ölkələr sırasında Azərbaycanla yanaşı Ukrayna (4 min), Almaniya (2,5 min) və Misir (5 min) də var.

Qeyd edək ki, "AvtoVAZ" bu il xaricə avtomobil ixracıını iki dəfə artıraraq 100 min ədədə çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 51,7 min ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi