​Azərbaycan Rusiyadan 14 min ton sement idxal edib

​Azərbaycan Rusiyadan 14 min ton sement idxal edib Azərbaycan bu göstəriciyə görə, idxalatçılar sırasında üçüncü yerdə qərarlaşıb
Sənaye
22 Yanvar , 2015 08:13
​Azərbaycan Rusiyadan 14 min ton sement idxal edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan 2014-cü ilin noyabr ayında Rusiyadan 14 min 328 ton sement idxal edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında bildirilir.

Bu, Rusiyanın analoji dövr ərzində ümumi sement ixracının 12,3%-ni təşkil edib. Azərbaycan bu göstəriciyə görə, idxalatçılar sırasında üçüncü yerdə qərarlaşıb. Ölkəmizə idxal olunan sement əsasə Krasnodar vilayətində istehsal edilib.

Siyahıda birinci yeri Qazaxıstan (62 091/53,4%), ikinci yeri isə Belarus (38 697/ 33,3%) tutur.

Rusiya 2014-cü ilin noyabr ayında ümumilikdə 116 195,30 ton sement ixrac edib.

Son xəbərlər

Orphus sistemi