Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın növbəti iclası sentyabrda keçiriləcək

Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın növbəti iclası sentyabrda keçiriləcək Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib
Sənaye
3 İyun , 2015 19:39
Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın növbəti iclası sentyabrda keçiriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib.

"Report" nazirliyin məlumatına istinadən xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə"nin imzalanmasının iki ölkə arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev komissiyanın növbəti iclasının sentyabrda keçirilməsini təklif edib.

Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Səfir Daniel Kristian Çiobanu qəbula görə təşəkkür edib, iki ölkə arasında dostluq münasibətlərini qeyd edib. Bakıda keçiriləcək I Avropa Oyunlarında Rumıniyanın 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacağını diqqətə çatdıran səfir qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Daniel Kristian Çiobanu iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanları qeyd edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi