Azərbaycan polietilen istehsalını artıracaq

Azərbaycan polietilen istehsalını artıracaq "Azərikimya" istehsal etdiyi məhsulların 90%-ni ixrac edir
Sənaye
14 Sentyabr , 2016 18:57
Azərbaycan polietilen istehsalını artıracaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda bu il 105 min ton həcmində polietilen istehsalı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Sumqayıtda KİV nümayəndələri üçün təşkil olunmuş turda zavodun direktoru Oqtay Niftəliyev bildirib.

O qeyd edib ki, hazırda ötən ilki səviyyədə polietilen istehsal olunur: "Ötən il 104 ton məhsul istehsal olunub. Builki proqnozumuz 105 min tondur".

Zavodun direktorunun sözlərinə görə, "Azərikimya" İB SOCAR-ın balansına verildikdən sonra polietilen istehsalı 60 min tondan 104 min tona çatdırılıb.

O.Niftəliyev ixrac əməliyyatlarından da danışaraq qeyd edib ki, "Azərikimya"nın istehsal etdiyi məhsulların 90%-i ixrac olunur: "Keçən il istehsal olunan 104 min ton polietilenin 92 min tonu xarici bazara çıxarılıb. Bu həcmdə məhsul Bolqarıstan, Almaniya, İsveçrə, Çin, Rusiya, Ukrayna, Türkiyə bazarlarında satılıb".

Müəssisənin rəhbəri zavoddakı modernizasiya işlərindən də danışaraq bildirib ki, müəyyən hazırlıq işləri görülüb, oktyabrdan tikinti işlərinə başlanacaq. Onun sözlərinə görə, ən böyük işlər gələn ilin yanvarında başlayacaq: "Yenidənqurma işləri çərçivəsində yeni piroliz sobalarının, etilen və propilen anbarlarının tikintisi, hidrogen qurğusunun tikintisi nəzərdə tutulur. Bu işlər 1-1,5 ilə tamamlanmalıdır. Əsas məqsəd "SOCAR Polymer" və digər kimya müəssisələrini etilen və propilenlə təmin etməkdir". 

Direktorun sözlərinə görə, yenidənqurma işlərindən sonra həm keyfiyyət artacaq, məhsuldarlıq 130 min tondan 180 min tona çatdırılacaq. Bu da məhsuldarlığın 30-40% artırılması deməkdir.

Son xəbərlər

Orphus sistemi