​Azərbaycan ötən ilin dekabrında Rusiyadan 7 min 260 ton sement idxal edib

​Azərbaycan ötən ilin dekabrında Rusiyadan 7 min 260 ton sement idxal edib Ümumi ixracın 10 faizi Azərbaycanın payına düşüb
Sənaye
12 Fevral , 2015 08:46
​Azərbaycan ötən ilin dekabrında Rusiyadan 7 min 260 ton sement idxal edib

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya Federasiyası 2014-cü ilin dekabr ayında ümumilikdə 72 min 281,40 ton sement ixrac edib. Azərbaycan idxalatçılar sırasında üçüncü yeri tutub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, ümumi ixracın 10 faizi (7 min 262 ton) Azərbaycanın payına düşüb. Azərbaycana sement əsasən Krasnodar vilayətindən göndərilib.

Göstərilən dövr ərzində Rusiya sementinin ən böyük istehlakçısı isə Qazaxıstan (42 821) olub. Siyahıda ikinci pillədə Belarus (16 770) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi