Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.
“Report” nazirliyə istinadən bildirir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib, Əfqanıstanın mədən və neft naziri Daud Saba və Əfqanıstanın baş icraçı məmuru Abdullah Abdullah ilə görüşüb.
Görüşlərdə enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı sahələrində ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.