Azərbaycan metanol istehsalını artırıb

Azərbaycan metanol istehsalını artırıb İlin altı ayında ixrac edilən metanolun məbləği 21,5 mln ABŞ olları təşkil edib
Sənaye
18 İyul , 2020 11:37
Azərbaycan metanol istehsalını artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda  243,8 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin altı ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 33,2% çox olub.

Gömrük Komitəsinin statistikasına əsasən, hesabat dövründə 214,6 min ton həcmində metanol ixrac edilib. İlin altı ayında ixrac edilən metanolun məbləği 21,5 mln ABŞ olları təşkil edib.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi