Azərbaycan karbamid ixracından qazancını 4 dəfədən çox artırıb

Azərbaycan karbamid ixracından qazancını 4 dəfədən çox artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 129 min 289,4 ton azot gübrəsi ixrac edib.
Sənaye
16 Sentyabr , 2021 09:48
Azərbaycan karbamid ixracından qazancını 4 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 129 min 289,4 ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 8 ayında həyata keçirilən ixracın dəyəri 31,4 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 4,3 dəfə çoxdur.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 1,98 %, ümumi ixracda isə 0,24 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi